Azərbaycan əsas tədarük bazarından mal əti alışını kəskin artırıb
- 06 iyul, 2023
- 06:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 5,2 milyon ABŞ dolları dəyərində 1 min 345 ton dondurulmuş iribuynuzlu heyvan əti idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 77 %, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynadan 3,643 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 88 % çoxdur) 768 ton (+89 %), Hindistandan 1,12 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 436 ton (+4 dəfə), Braziliyadan 148 min ABŞ dolları dəyərində (-59 %) 107,4 ton (+22 %), Belarusdan 92,1 min ABŞ dolları dəyərində (+70 %) 18 ton (+3,6 dəfə), Rusiyadan 90,4 min ABŞ dolları dəyərində (-41 %) 7 ton (-30 %) ət alıb.
2022-ci ildə Azərbaycana (18 ölkədən) idxal edilən 3 min 763 ton dondurulmuş mal ətinin 61,7 %-i Ukraynanın, 24,5 %-i Hindistanın payına düşüb.