Azərbaycan əsas tədarük bazarından kokos yağı idxalını kəskin artırıb
- 12 may, 2022
- 08:54
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk iki ayı ərzində Azərbaycan 382,29 min ABŞ dolları dəyərində 139,21 ton kokos yağı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 95,5 % çoxdur.
Hesabat dövründə Malayziyadan 241,41 min ABŞ dolları dəyərində 88,84 ton, Rusiyadan 138,55 min ABŞ dolları dəyərində 50,17 ton, Şri-Lankadan 2,02 min ABŞ dolları dəyərində 0,19 ton, Türkiyədən 0,25 min ABŞ dolları dəyərində 0,01 ton, İtaliyadan 0,05 min ABŞ dolları dəyərində 0,01 ton məhsul gətirilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Malayziyadan idxal müvafiq olaraq 2,7 dəfə və 2,1 dəfə artıb, Rusiyadan – 2,3 dəfə və 72,4 % artıb, Şri-Lankadan – 98 % artıb və 5 % azalıb, Türkiyədən – 25 dəfə artıb və dəyişməyib. Bir il əvvəl Azərbaycan İtaliyadan kokos yağı almayıb.