Azərbaycan əsas tədarük bazarından kartof idxalını kəskin artırıb
- 07 iyul, 2023
- 09:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 22,3 milyon ABŞ dolları dəyərində 80 min 415 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,4 % çoxdur, kəmiyyət olaraq – 7,5 % azdır.
Hesabat dövründə Azərbaycan Belarusdan 6,85 milyon ABŞ dolları dəyərində 21 min 951 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 6,75 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 414 dəfə çoxdur) 26 min 881 ton (+413 dəfə), İrandan 4,3 milyon ABŞ dolları dəyərində (-44,4 %) 16 min 619 ton (-47 %), Pakistandan 2,9 milyon ABŞ dolları dəyərində (-42 %) 9 min 344 ton (-43 %), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (-85,8 %) 4 min 189 ton (-86,3 %) məhsul gətirib.
2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 160 min ton kartofun 28,3 %-i Rusiyanın, 26,1 %-i İranın, 19,4 %-i Türkiyənin payına düşüb.