Azərbaycan əsas tədarük bazarından buğda unu idxalını kəskin artırıb

Biznes
  • 28 mart, 2023
  • 09:49
Azərbaycan əsas tədarük bazarından buğda unu idxalını kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycana 1,8 milyon ABŞ dolları dəyərində 5 min 329 ton buğda unu idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,4 dəfə, kəmiyyət olaraq – 6,3 dəfə çoxdur.

Azərbaycan Rusiyadan 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,4 dəfə) 5 min 298 ton (+6,3 dəfə), Türkiyədən 16,5 min ABŞ dolları dəyərində (+7,4 dəfə) 27,65 ton (+14 dəfə), Fransadan 4 min ABŞ dolları dəyərində 3 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 2,5 min ABŞ dolları dəyərində 0,8 ton (bir il əvvəl tədarük olmayıb) və Lüksemburqdan 0,1 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2022-ci ildə Azərbaycanın xaricdən (11 ölkədən) aldığı 27 min 737 ton buğda ununun 98,1 %-i Rusiyanın payına düşüb.

44 filmi