Azərbaycan əsas satış bazarına cilalanmış şüşə ixracını kəskin artırıb
- 21 iyun, 2023
- 13:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 4,255 milyon ABŞ dolları dəyərində 958,65 min kvadratmetr cilalanmış şüşə ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 9,5 % azdır.
Azərbaycan Ukraynaya 2,357 milyon ABŞ dolları dəyərində (+70 %) 502,8 min kvadratmetr (+57,4 %), Türkiyəyə 1,284 min ABŞ dolları dəyərində (+1,8 %) 310 min kvadratmetr (-7 %), Polşaya 210,42 min ABŞ dolları dəyərində (-14 %) 49 min kvadratmetr (-36 %), İrlandiyaya 189,12 min ABŞ dolları dəyərində 49,46 min kvadratmetr (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 74,7 min ABŞ dolları dəyərində (-88 %) 17,34 min kvadratmetr (-88,7 %) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (17 ölkəyə) ixrac edilən 4,16 milyon kvadratmetr cilalanmış şüşənin 45,3 %-i Ukraynanın payına düşüb.