Azərbaycan daha iki ölkəyə faner ixrac etməyə başlayıb

Biznes
  • 13 mart, 2023
  • 11:54
Azərbaycan daha iki ölkəyə faner ixrac etməyə başlayıb

Ötən il Azərbaycana 38,6 milyon ABŞ dolları dəyərində 86 min 292 kubmetr yapışqanlı faner idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 12,3 %, kəmiyyət olaraq – 14 % çoxdur.

Rusiyadan 34 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,4 % çoxdur) 74 min 669 kubmetr (+3 %), Belarusdan 4,2 milyon ABŞ dolları dəyərində (+2,9 dəfə) 11 min 126 kubmetr (+3,6 dəfə), Çindən 186,1 min ABŞ dolları dəyərində (+4,7 dəfə) 195,1 kubmetr (+3,7 dəfə), Niderlanddan 144 min ABŞ dolları dəyərində (+5,5 dəfə) 37,3 kubmetr (+3,4 dəfə), Türkiyədən 78 min ABŞ dolları dəyərində (+51,3 dəfə) 227 kubmetr (+160 dəfə) material alınıb.

Hesabat dövründə Azərbaycandan xaricə 1,7 milyon ABŞ dolları dəyərində 3 min 60 kubmetr yapışqanlı faner göndərilib.

İrana 931,1 min ABŞ dolları dəyərində (+25 %) 1 min 626 kubmetr (+9,3 %), Gürcüstana 538 min ABŞ dolları dəyərində 755 kubmetr, Birləşmiş Ərəb Əmirliklərinə 134,4 min ABŞ dolları dəyərində 434 kubmetr, Türkiyəyə 102 min ABŞ dolları dəyərində 181 kubmetr, Bolqarıstana 19,5 min ABŞ dolları dəyərində 30 kubmetr, Litvaya 10 min ABŞ dolları dəyərində 34,5 kubmetr və Norveçə 0,4 min ABŞ dolları dəyərində (+37 %) 0,2 kubmetr (-68 %) məhsul satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-yə və Litvaya tədarük həyata keçirilib. Doqquz il 3 ayın tamamında Gürcüstana və 1 il 5 aylıq fasilənin ardından Türkiyəyə ixrac bərpa edilib.

44 filmi