Azərbaycan daha iki ölkədən kassa aparatı idxal etməyə başlayıb
- 13 mart, 2023
- 09:55
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycan xaricdən 11,75 milyon ABŞ dolları dəyərində 64 min 27 ədəd kassa aparatı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 6,1 %, kəmiyyət olaraq – 41 % çoxdur.
Çindən 10 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49 % artıb) 62 min 861 ədəd (+48 %), Rusiyadan 1,2 milyon ABŞ dolları dəyərində (-71 %) 510 ədəd (-76 %), Macarıstandan 240,4 min ABŞ dolları dəyərində (+4 dəfə) 283 ədəd (+3,7 dəfə), Almaniyadan 135 min ABŞ dolları dəyərində 18 ədəd, Tayvandan 88,5 min ABŞ dolları dəyərində (+6,2 dəfə) 152 ədəd (+13 dəfə) cihaz gətirilib.
İki il 4 ayın tamamında Ukrayndan (5,4 min ABŞ dolları dəyərində 1 ədəd), 1 il 10 aylıq ardan sonra Amerika Birləşmiş Ştatlarından (5,5 min ABŞ dolları dəyərində 1 ədəd) və 1 il 1 aylıq fasilənin ardından Almaniyadan idxal bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Braziliyadan (6,1 min ABŞ dolları dəyərində 30 ədəd) və Çexiyadan (17,1 min ABŞ dolları dəyərində 2 ədəd) tədarük həyata keçirilib.