Azərbaycan daha bir ölkədən suvarma qurğuları almağa başlayıb
- 03 fevral, 2025
- 14:54
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 35,51 milyon ABŞ dolları dəyərində 354 618 ədəd suvarma qurğuları (kənd təsərrüfatı və bağçılıq üçün) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 27,22 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49 % çoxdur) 40 240 ədəd (-57 %), Birləşmiş Ərəb Əmirliklərindən 4,14 milyon ABŞ dolları dəyərində (+44 %) 58 ədəd (+2,4 %), İspaniyadan 1,9 milyon ABŞ dolları dəyərində (+41 dəfə) 274 265 ədəd (+137 min dəfə), Amerika Birləşmiş Ştatlarından 563 min ABŞ dolları dəyərində (+35 %) 3 165 ədəd (+23 dəfə), Səudiyyə Ərəbistanından 478 min ABŞ dolları dəyərində 6 ədəd məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanından tədarük həyata keçirilib.