Azərbaycan daha bir ölkədən şəkər idxal etməyə başlayıb
- 19 iyun, 2023
- 07:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 12,4 milyon ABŞ dolları dəyərində 17 min 226 ton şəkər göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 23 % çoxdur.
Azərbaycan Türkmənistana 7,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 35 % çoxdur) 10 min 632 ton (+21 %), Gürcüstana 2,5 milyon ABŞ dolları dəyərində (-19 %) 3 min 561 ton (-28 %), Qırğızıstana 1,8 milyon ABŞ dolları dəyərində 2 min 563 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 488 min ABŞ dolları dəyərində (+53 %) 393 ton (+31 %), Qazaxıstana 51,1 min ABŞ dolları dəyərində 73,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Hesabat dövründə Azərbaycan xaricdən 1,5 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 2 min 174 ton (+9,3 dəfə) şəkər alıb.
Azərbaycana Rusiyadan 1,3 milyon ABŞ dolları dəyərində (+79 dəfə) 2 min 22 ton (+250 dəfə), Belarusdan 109 min ABŞ dolları dəyərində (+1 557 dəfə) 136 ton (+3 375 dəfə), Çindən 17,2 min ABŞ dolları dəyərində 2,2 ton (bir il əvvəl tədarük olmayıb), İrandan 8,4 min ABŞ dolları dəyərində (+47 dəfə) 7 ton (+47 dəfə), Türkiyədən 6,8 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 2,7 ton (+2,4 dəfə) şəkər idxal edilib.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İndoneziyadan (0,06 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.