Azərbaycan daha bir ölkədən qəhvə tədarük etməyə başlayıb

Biznes
  • 23 iyun, 2023
  • 09:05
Azərbaycan daha bir ölkədən qəhvə tədarük etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 1,5 milyon ABŞ dolları dəyərində 168,2 ton qəhvə idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrün göstəricisindən dəyər ifadəsində 66,2 %, kəmiyyət olaraq – 65 % çoxdur.

Hesabat dövründə Azərbaycana İtaliyadan 523,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 % çoxdur) 38,3 ton (+46 %), Braziliyadan 331 min ABŞ dolları dəyərində (+5,5 dəfə) 63,3 ton (+6,3 dəfə), Türkiyədən 214 min ABŞ dolları dəyərində (+31 %) 25,4 ton (+8,2 %), Niderlanddan 102,2 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 8,6 ton (+2,7 dəfə), Rusiyadan 59,3 min ABŞ dolları dəyərində (-31 %) 7 ton (-57 %) məhsul gətirilib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Konqodan tədarük (0,2 min ABŞ dolları dəyərində 0,01 ton) həyata keçirilib.

44 filmi