Azərbaycan daha bir ölkədən mineral su tədarük etməyə başlayıb
- 08 iyun, 2023
- 06:06
Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 736,3 min ABŞ dolları dəyərində 101,23 min dekalitr mineral su gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 41 % azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstandan 218 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % azdır) 38,6 min dekalitr (-47 %), Rusiyadan 199,4 min ABŞ dolları dəyərində (-27 %) 31,42 min dekalitr (-52 %), Türkiyədən 184,61 min ABŞ dolları dəyərində (-18 %) 18,86 min dekalitr (-32 %), Fransadan 52 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 5 min dekalitr (+98,4 %), İtaliyadan 30,5 min ABŞ dolları dəyərində (+63 %) 1,6 min dekalitr (-18,4 %) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yaponiyadan (0,07 min ABŞ dolları dəyərində 0,01 min dekalitr) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 881 min dekalitr mineral suyun 43,7 %-i Gürcüstanın, 38,4 %-i Rusiyanın payına düşüb.