Azərbaycan daha bir ölkədən kartof idxal etməyə başlayıb
- 13 mart, 2023
- 06:35
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycan 41,8 milyon ABŞ dolları dəyərində 159 min 725 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 13 % azdır.
Rusiyadan 11,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 146 dəfə artıb) 45 min 274 ton (+182 dəfə), İrandan 10,4 milyon ABŞ dolları dəyərində (-75 %) 41,65 min 128 ton (-75 %), Türkiyədən 7,8 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 31 min ton (+4 dəfə), Pakistandan 7,4 milyon ABŞ dolları dəyərində (+491 dəfə) 24 min 556 ton (+501 dəfə), Belarusdan 2 milyon ABŞ dolları dəyərində 6 min 356 ton məhsul gətirilib.
Dörd il 1 ayın tamamında Qazaxıstandan (7,7 min ABŞ dolları dəyərində 21,5 ton), 3 il 6 aydan sonra Niderlanddan (1,25 min ABŞ dolları dəyərində 0,05 ton) və 2 il 8 aylıq fasilənin ardından Belarusdan tədarük bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çindən (15 min ABŞ dolları dəyərində 26 ton) idxal həyata keçirilib.
Hesabat dövründə Azərbaycan xaricə 35,1 milyon ABŞ dolları dəyərində (-12 %) 78 min 301 ton (-15 %) kartof satıb.
Rusiyaya 33,45 milyon ABŞ dolları dəyərində (-13 %) 73 min 677 ton (-14 %), Belarusa 775,9 min ABŞ dolları dəyərində (+2 dəfə) 1 886 ton (+31 %), Ukraynaya 561,4 min ABŞ dolları dəyərində (-48 %) 1 414 ton (-70 %), Gürcüstana 131,4 min ABŞ dolları dəyərində (+11 dəfə) 527,6 ton (+7,8 dəfə), Litvaya 91,2 min ABŞ dolları dəyərində 368,8 ton (ilk dəfə tədarük olub) məhsul ixrac edilib.