Azərbaycan daha bir ölkədən əhəng tədarük etməyə başlayıb

Biznes
  • 13 mart, 2023
  • 08:59
Azərbaycan daha bir ölkədən əhəng tədarük etməyə başlayıb

Ötən il Azərbaycana xaricdən 52,5 min ABŞ dolları dəyərində 168 ton əhəng gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 39,2 % azdır.

Türkiyədən 41 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 17 % azalıb) 140 ton (+50,6 %), Macarıstandan 4,35 min ABŞ dolları dəyərində 4,5 ton, Avstriyadan 3,2 min ABŞ dolları dəyərində 5,3 ton, İrandan 2,1 min ABŞ dolları dəyərində (-90 %) 18 ton (-90 %) və Böyük Britaniyadan 1,8 min ABŞ dolları dəyərində (-15 %) 0,6 ton (-1,7 %) məhsul alınıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Macarıstandan tədarük həyata keçirilib. Üç il 9 aylıq aradan sonra Avstriyadan tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycan xaricə (bir il əvvəl də olduğu kimi ancaq Gürcüstana) 1,7 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 24 min 811 ton (+3,1 dəfə) əhəng satıb.

Son xəbərlər

Bütün Xəbər Lenti