Azərbaycan daha 3 ölkəyə şaftalı satmağa başlayıb
- 19 avqust, 2025
- 16:24
Bu ilin I yarısında Azərbaycan 17,2 milyon ABŞ dolları dəyərində 13 956 ton şaftalı (nektarin daxil olmaqla) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 16,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 98 % çox) 13 324 ton (+94 %), Belarusa 320 min ABŞ dolları dəyərində 149 ton (1 il əvvəl tədarük olmayıb), Ukraynaya 315 min ABŞ dolları dəyərində 300 ton (1 il əvvəl tədarük olmayıb), Moldovaya 61 min ABŞ dolları dəyərində 76,4 ton, Qazaxıstana 24,4 min ABŞ dolları dəyərində (-8 %) 36,9 ton (-24 %) məhsul satıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Gürcüstana (24 min ABŞ dolları dəyərində 39 ton) Monqolustana (11,6 min ABŞ dolları dəyərində 14,5 ton) və Moldovaya tədarük həyata keçirilib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 56 404 ton şaftalının 97 %-i Rusiyanın payına düşüb.