Azərbaycan daha 3 ölkədən yer fıstığı idxal etməyə başlayıb

Biznes
  • 14 mart, 2024
  • 11:28
Azərbaycan daha 3 ölkədən yer fıstığı idxal etməyə başlayıb

Ötən il Azərbaycan xaricdən 8,9 milyon ABŞ dolları dəyərində 5 min 522 ton yer fıstığı gətirib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 5 % çoxdur, kəmiyyət olaraq – 5 % azdır.

Hesabat dövründə Azərbaycan Braziliyadan 2,44 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % çoxdur) 1 min 386 ton (-6 %), Özbəkistandan 2,3 milyon ABŞ dolları dəyərində (-35 %) 1 min 618 ton (-30 %), Hindistandan 2,1 milyon ABŞ dolları dəyərində (+14 dəfə) 1 min 302 ton (+14 dəfə), Argentinadan 1,55 milyon ABŞ dolları dəyərində (+26 %) 875,62 ton (+13 %), Misirdən 220 min ABŞ dolları dəyərində 123 ton yer fıstığı alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Niderlanddan (0,01 min ABŞ dolları dəyərində 0,01 ton), Birləşmiş Ərəb Əmirliklərindən (0,15 min ABŞ dolları dəyərində 0,1 ton) və Misirdən tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana 8 ölkədən idxal edilmiş 5 min 842 ton yer fıstığının 45,8 %-i Özbəkistanın, 25,3 %-i Braziliyanın, 13,4 %-i Türkiyənin, 13,3 %-i Argentinanın payına düşüb.

44 filmi