Azərbaycan daha 2 ölkədən küncüt toxumu almağa başlayıb

Biznes
  • 17 mart, 2023
  • 08:05
Azərbaycan daha 2 ölkədən küncüt toxumu almağa başlayıb

Ötən il Azərbaycan xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 557,3 ton küncüt toxumu alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 87 %, kəmiyyət olaraq – 62 % çoxdur.

Hesabat dövründə Hindistandan 713,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 dəfə artıb) 346 ton (+ 4,2 dəfə), Özbəkistandan 147 min ABŞ dolları dəyərində (-54 %) 81 ton (-57 %), Türkiyədən 113,2 min ABŞ dolları dəyərində (+4 dəfə) 41,1 ton (+3,4 dəfə), İrandan 93 min ABŞ dolları dəyərində (+2 dəfə) 54,6 ton (+2 dəfə), Pakistandan 43 min ABŞ dolları dəyərində 25 ton məhsul idxal edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniyadan (0,2 min ABŞ dolları dəyərində 0,01 ton) və Pakistandan tədarük həyata keçirilib.

2021-ci ildə Azərbaycanın xaricdən (11 ölkədən) aldığı 344,1 ton küncüt toxumunun 54,7 %-i Özbəkistanın, 24,1 %-i Hindistanın, 7,8 %-i İranın payına düşüb.

44 filmi