Azərbaycan Çindən qarğıdalı tədarük etməyə başlayıb
- 14 iyun, 2024
- 06:25
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 15,7 milyon ABŞ dolları dəyərində 49 min 404 ton qarğıdalı (o cümlədən toxumluq) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 51 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 9,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 % azdır) 48 min ton (+51 %), Türkiyədən 2,5 milyon ABŞ dolları dəyərində (-4 %) 813 ton (+40 %), Serbiyadan 797 min ABŞ dolları dəyərində (+7 %) 124 ton (-12,7 %), Rumıniyadan 665 min ABŞ dolları dəyərində (+55 %) 126 ton (+47 %), İtaliyadan 496 min ABŞ dolları dəyərində (+54 %) 86 ton (+65 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çindən (0,4 min ABŞ dolları dəyərində 0,03 ton) tədarük həyata keçirilib.