Azərbaycan Çindən darçın idxalını 220 dəfə artırıb

Biznes
  • 19 iyul, 2024
  • 12:57
Azərbaycan Çindən darçın idxalını 220 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 92 min ABŞ dolları dəyərində 18,73 ton darçın idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 46 % çoxdur.

Hesabat dövründə Azərbaycan Vyetnamdan 35,24 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 % çoxdur) 6,1 ton (+71 %), Şri-Lankadan 19,29 min ABŞ dolları dəyərində (+61 %) 1,38 ton (+2 dəfə), Hindistandan 16,8 min ABŞ dolları dəyərində (+5 %) 5,6 ton (+2 %), İrandan 7,72 min ABŞ dolları dəyərində (+48 %) 3 ton (+50 %), Çindən 7,6 min ABŞ dolları dəyərində (+95 dəfə) 2,19 ton (+220 dəfə) məhsul alıb.

2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 74,3 ton darçının 43,9 %-i Vyetnamın, 23,6 %-i Çinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti