Azərbaycan Çin və İrandan meyvə ağaclarının alışını bərpa edib

Biznes
  • 20 dekabr, 2024
  • 13:14
Azərbaycan Çin və İrandan meyvə ağaclarının alışını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 14,4 milyon ABŞ dolları dəyərində 5 milyon 558 min ədəd ağac, kol və kolluq (yeməli bar gətirən) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 12 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 8,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % çoxdur) 3 milyon 833 min ədəd (+10 %), İtaliyadan 3 milyon ABŞ dolları dəyərində (+76 %) 503 min ədəd (+36 %), Yunanıstandan 1 milyon ABŞ dolları dəyərində (+33 %) 512 min ədəd (+12 %), İspaniyadan 876 min ABŞ dolları dəyərində (+4,5 dəfə) 181 min ədəd (+4,6 dəfə), Niderlanddan 339 min ABŞ dolları dəyərində (-47 %) 213 min ədəd (+2,2 dəfə) məhsul alıb.

Azərbaycan 1 il 4 aylıq fasilənin ardından Çindən (3,2 min ABŞ dolları dəyərində 2,1 min ədəd) və İrandan (1,5 min ABŞ dolları dəyərində 3 min ədəd)

2023-cü ildə Azərbaycana 18 ölkədən idxal edilmiş 5 milyon 734 min ədəd ağac, kol və kolluğun 68 %-i Türkiyənin payına düşüb.

44 - Tezliklə