Azərbaycan Cənubi Koreyadan kassa aparatlarının idxalını bərpa edib
- 30 avqust, 2024
- 12:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 2,3 milyon ABŞ dolları dəyərində 12 min 365 ədəd kassa aparatı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 23 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % azdır) 12 min 209 ədəd (-22 %), Amerika Birləşmiş Ştatlarından 205 min ABŞ dolları dəyərində 20 ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 20,64 min ABŞ dolları dəyərində 21 ədəd (bir il əvvəl tədarük olmayıb), Malayziyadan 20,31 min ABŞ dolları dəyərində (-36 %) 20 ədəd (-17 %), Macarıstandan 17 min ABŞ dolları dəyərində (+65,4 %) 11 ədəd (+37,5 %) kassa aparatı alıb.
Azərbaycan 2 il 4 aylıq fasilənin ardından Koreya Respublikasından (1,58 min ABŞ dolları dəyərində 4 ədəd) kassa aparatlarının tədarükünü bərpa edib.