Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci təxminən 9 % artırıb

Biznes
  • 13 yanvar, 2024
  • 12:17
Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci təxminən 9 % artırıb

Ötən il Naxçıvan Muxtar Respublikası Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 19,64 milyon ABŞ dolları dəyərində tekstil malları idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Bu, 2022-ci ilə nisbətən 8,6 % çoxdur.

Hesabat dövründə bölgədən xarici ölkələrə ümumilikdə 3 milyard 067,5 milyon ABŞ dollarlıq tekstil malları ixrac edilib ki, bu da illik müqayisədə 13,1 % azdır.

12 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox tekstil malları Avropa İttifaqı ölkələrinə (843,995 milyon ABŞ dolları məbləğində) ixrac edilib. Bu, 1 il əvvələ nisbətən 26 % azdır. Avropa ölkələrini Yaxın Şərq (747,884 milyon ABŞ dolları məbləğində) və digər ölkələr (315,132 milyon ABŞ dolları) izləyib. Bu isə, illik müqayisədə müvafiq olaraq 11 % və 2 % azdır.

44 filmi