Azərbaycan CAR-dan baytarlıq vaksinlərinin idxalını bərpa edib
- 31 yanvar, 2025
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 13,2 milyon ABŞ dolları dəyərində 99,7 ton baytarlıq vaksini idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 42 %, kəmiyyət olaraq – 42 % çoxdur.
Hesabat dövründə Macarıstandan 4,43 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % artıb) 2,3 ton (-23 %), Türkiyədən 2 milyon ABŞ dolları dəyərində (+11 dəfə) 23,8 ton (+4 dəfə), Niderlanddan 1,4 milyon ABŞ dolları dəyərində (+99 %) 3,61 ton (+2,7 dəfə), İspaniyadan 943 min ABŞ dolları dəyərində (+60 %) 2,5 ton (-11 %), Fransadan 920 min ABŞ dolları dəyərində (+95 %) 2,2 ton (+3 dəfə) məhsul gətirilib.
Azərbaycan 1 il 6 aylıq fasilədən sonra Cənubi Afrika Respublikasından (CAR) tədarükü (7,71 min ABŞ dolları dəyərində 0,02 ton) bərpa edib.