Azərbaycan bulğur ixrac etməyə başlayıb

Biznes
  • 05 sentyabr, 2022
  • 05:28
Azərbaycan bulğur ixrac etməyə başlayıb

Bu ilin I yarısında Azərbaycan 865,15 min ABŞ dolları dəyərində 1 min 205 ton bulğur buğdası idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 77,3 %, kəmiyyət olaraq – 31,4 % çoxdur.

Türkiyədən 864,77 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 82 % artıb) 1 min 204 ton (+32,5 %), Almaniyadan 0,18 min ABŞ dolları dəyərində (-45,5 %) 0,05 ton (-84,8 %), Ukraynadan 0,15 min ABŞ dolları dəyərində 0,12 ton (bir il əvvəl tədarük olmayıb) və Çindən 0,05 min ABŞ dolları dəyərində 0,01 ton (son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə tədarük olub) məhsul alınıb.

Hesabat dövründə Azərbaycandan xaricə (ancaq Ukraynaya) 2,12 min ABŞ dolları dəyərində 1,8 ton bulğur göndərilib. Bu il son 11 ildə ilk dəfə olaraq ölkədən xaricə bulğur ixrac olunub.