Azərbaycan bu il Ulyanovskdan 13 min tondan çox taxıl məhsulları idxal edib
- 15 dekabr, 2023
- 13:38
Bu il Azərbaycan Rusiyanın Ulyanovsk vilayətindən 13 168 ton taxıl məhsulları idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, bu il Ulyanovsk vilayətindən ümumilikdə 58 min tondan çox taxıl məhsullartı ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37 % çoxdur.
Hesabat dövründə Ulyanovskun əsas taxıl tədarükçüləri Qazaxıstan (22 958 ton), Azərbaycan (13 168 ton), Qırğızıstan (9 784 ton), Latviya (9 009 ton), Əfqanıstan (2 561), Özbəkistan (105 ton), Ermənistan (97,5 ton) və Tacikistan (67 ton) olub.
İxrac edilən məhsullar "ARRIAH" Federal Dövlət Büdcə Təşkilatının laboratoriyasında sınaqdan keçirilib. Məhsullarda karantin orqanizmləri aşkar edilməyib və idxalçı ölkələrin beynəlxalq karantin fitosanitar tələblərinə cavab verib.