Azərbaycan Braziliyadan avtomobil şinlərinin idxalını bərpa edib

Biznes
  • 10 iyun, 2024
  • 12:37
Azərbaycan Braziliyadan avtomobil şinlərinin idxalını bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan 19,17 milyon ABŞ dolları dəyərində 322 min 120 ədəd rezin şin (minik və yük avtomobilləri, avtobuslar üçün, təzə) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 21 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 13,34 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2 % azdır) 229 min 921 ədəd (-9 %), Türkiyədən 2 milyon ABŞ dolları dəyərində (-45 %) 38 min 816 ədəd (-44 %), Rusiyadan 843 min ABŞ dolları dəyərində (+14 %) 20 min 818 ədəd (+39 %), Yaponiyadan 589 min ABŞ dolları dəyərində (+33 %) 4 min 871 ədəd (-1,5 %), Vyetnamdan 563,11 min ABŞ dolları dəyərində 3 min 615 ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 1 il 2 aylıq fasilənin ardından Braziliyadan (0,59 min ABŞ dolları dəyərində 4 ədəd) avtomobil şinlərinin tədarükünü bərpa edib.