Azərbaycan BMT ilə xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiyanı müzakirə edib

Azərbaycan BMT ilə xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiyanı müzakirə edib Azərbaycan BMT ilə xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiya məsələsini müzakirə edib.
Biznes
23 İyul , 2024 17:39
Azərbaycan BMT ilə xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiyanı müzakirə edib

Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiya məsələsi müzakirə edilib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"BMT-nin İqlim Fəaliyyəti və Maliyyə üzrə xüsusi elçisi və Xalis sıfır üzrə Qlazqo Maliyyə Alyansının həmsədri Mark Karni ilə iqlimdəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələləri - xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiyanı, dayanıqlı fəaliyyətə keçidi, COP29 çərçivəsində əməkdaşlıq istiqamətlərini müzakirə etdik", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi