Azərbaycan Belçikadan qol saatlarının tədarükünü bərpa edib

Biznes
  • 19 fevral, 2025
  • 09:11
Azərbaycan Belçikadan qol saatlarının tədarükünü bərpa edib

2024-cü ildə Azərbaycan 21,1 milyon ABŞ dolları dəyərində 1 479 783 ədəd qol saatı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq 33 % azdır.

Hesabat dövründə Azərbaycan İsveçrədən 13,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,2 % az) 10 min 513 ədəd (-25 %), Çindən 6,1 milyon ABŞ dolları dəyərində (-12 %) 1 454 916 ədəd (-34 %), İtaliyadan 317 min ABŞ dolları dəyərində (+3 dəfə) 391 ədəd (+4 dəfə), Tailanddan 246 min ABŞ dolları dəyərində (-5 %) 3 188 ədəd (-9 %), İndoneziyadan 121 min ABŞ dolları dəyərində (+14 %) 3 997 ədəd (+14 %) saat alıb.

Azərbaycan 9 ilin tamamında Belçikadan (38,1 min ABŞ dolları dəyərində 548 ədəd) qol saatlarının tədarükünü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti