Azərbaycan ABŞ-dən elektromobil alışını 2 dəfə artırıb 

Biznes
  • 04 aprel, 2025
  • 10:15
Azərbaycan ABŞ-dən elektromobil alışını 2 dəfə artırıb 

Bu ilin yanvar ayında Azərbaycan 6,6 milyon ABŞ dolları dəyərində 139 ədəd elektromobil idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 58 % azdır.

Hesabat dövründə Azərbaycan Almaniyadan 3,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 25 ədəd (+47 %), Çindən 2,2 milyon ABŞ dolları dəyərində (-70 %) 75 ədəd (-62 %), Amerika Birləşmiş Ştatlarından 543 min ABŞ dolları dəyərində (+1,5 %) 32 ədəd (+2 dəfə), Böyük Britaniyadan 396 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb), Avstriyadan 150 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb) elektromobil alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 3 027 ədəd elektromobilin 76,4 %-i Çinin payına payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti