Azərbaycan ABŞ-dan cilalanmış şüşə idxalını bərpa edib

Biznes
  • 06 aprel, 2023
  • 11:15
Azərbaycan ABŞ-dan cilalanmış şüşə idxalını bərpa edib

Bu ilin yanvar ayında Azərbaycan 937 min ABŞ dolları dəyərində 157,2 min kvadratmetr cilalanmış şüşə idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 % çoxdur, kəmiyyət olaraq – 50 % azdır.

İrandan 477,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % azdır) 94,7 min kvadratmetr (-68 %), Rusiyadan 365 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 48,2 min kvadratmetr (+3,3 dəfə), Ukraynadan 82,5 min ABŞ dolları dəyərində 13,9 min kvadratmetr (bir il əvvəl tədarük olmayıb) və Amerika Birləşmiş Ştatlarından (ABŞ) 11,9 min ABŞ dolları dəyərində 0,5 min kvadratmetr məhsul alınıb.

İki ilin tamamında ABŞ-dan tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycandan xaricə 742 min ABŞ dolları dəyərində (-48 %) 171,7 min kvadratmetr (-47 %) cilalanmış şüşə göndərilib.

Türkiyəyə 410 min ABŞ dolları dəyərində (+73 %) 96,8 min kvadratmetr (+49,2 %), Ukraynaya 170,2 min ABŞ dolları dəyərində (-76 %) 39,7 min kvadratmetr (-76 %), Polşaya 105,1 min ABŞ dolları dəyərində 24,7 min kvadratmetr (bir il əvvəl tədarük olmayıb), Estoniyaya 33,4 min ABŞ dolları dəyərində 4,7 min kvadratmetr (bir il əvvəl tədarük olmayıb), Rumıniyaya 16,7 min ABŞ dolları dəyərində 4,3 min kvadratmetr (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.