Azərbaycan 9 ayda Cənub-Şərqi Anadoludan 56 milyon dollarlıq mal idxal edib

Biznes
  • 16 oktyabr, 2023
  • 07:52
Azərbaycan 9 ayda Cənub-Şərqi Anadoludan 56 milyon dollarlıq mal idxal edib

Bu il yanvar-sentyabr aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 55,5 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 5 % çoxdur.

Hesabat dövründə bölgədən ümumilikdə 8 574,3 milyon dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 5 % azdır.

9 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (3 milyard 389,6 milyon ABŞ dolları; 10 % az) həyata keçirilib. Onu Avropa İttifaqı ölkələri (1 567,1 milyon ABŞ dolları; 4 % çox) və Afrika qitəsi ölkələri (1 196,7 milyon ABŞ dolları; 11 % az) izləyib.