Azərbaycan 4 ölkədən farfor qabların idxalını bərpa edib
- 13 mart, 2023
- 08:19
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycana xaricdən 8,2 milyon ABŞ dolları dəyərində 1 min 446 ton farfordan yemək və mətbəx qabları gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 2,8 % çoxdur.
Hesabat dövründə Çindən 2,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 504 ton (-37 %), Türkiyədən 2,2 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 512 ton (+74 %), Almaniyadan 835,3 min ABŞ dolları dəyərində (-20 %) 20,2 ton (-26 %), Polşadan 579 min ABŞ dolları dəyərində (+18,4 %) 113 ton (+9 %), Koreyadan 459 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 11 ton (+12,2 dəfə) məhsul alınıb.
Azərbaycana Gürcüstandan (0,07 min ABŞ dolları dəyərində 0,02 ton), Qazaxıstandan (0,06 min ABŞ dolları dəyərində 0,3 ton), Sloveniyadan (0,4 min ABŞ dolları dəyərində 0,1 ton) və Tunisdən (181 min ABŞ dolları dəyərində 66 ton) tədarük bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yunanıstandan (0,54 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.