Azərbaycan 3 ölkəyə traktor ixracını bərpa edib

Biznes
  • 09 mart, 2023
  • 09:56
Azərbaycan 3 ölkəyə traktor ixracını bərpa edib

2022-ci il ərzində Azərbaycana 114,8 milyon ABŞ dolları dəyərində 4 min 695 ədəd traktor idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 68 %, kəmiyyət olaraq – 42 % çoxdur.

Azərbaycan Niderlanddan 26,13 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 1 min 254 ədəd (+2,1 dəfə), Almaniyadan 25,4 milyon ABŞ dolları dəyərində (+97 %) 1 min 204 ədəd (+79 %), İsveçdən 13,6 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 657 ədəd (+96 %), Belarusdan 12,5 milyon ABŞ dolları dəyərində (-7,8 %) 545 ədəd (-22 %), Fransadan 9,2 milyon ABŞ dolları dəyərində (+4,8 dəfə) 214 ədəd (+3,2 dəfə) texnika alıb.

Hesabat dövründə Azərbaycandan 2,33 milyon ABŞ dolları dəyərində (+26 dəfə) 20 ədəd (+2,5 dəfə) traktor ixrac edilib.

Türkiyəyə 2,1 milyon ABŞ dolları dəyərində 10 ədəd, Rusiyaya 159,4 min ABŞ dolları dəyərində 3 ədəd, Gürcüstana 113,2 min ABŞ dolları dəyərində (+40 %) 5 ədəd (-17 %), Ukraynaya 2 min ABŞ dolları dəyərində 1 ədəd və İraqa 9,53 min ABŞ dolları dəyərində 1 ədəd texnika satılıb.

On il 11 ayın tamamında İraqa, 8 il 7 aydan sonra Rusiyaya və 5 il 10 aylıq fasilənin ardından Türkiyəyə tədarük bərpa edilib. Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Ukraynaya ixrac həyata keçirilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricə satdığı (Gürcüstan, Qazaxıstan və Tacikistan) 8 ədəd traktorun 6-sı Gürcüstanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti