Azərbaycan 2 ölkədən ütü tədarükünü bərpa edib
- 23 mart, 2024
- 07:20
Ötən il Azərbaycana 6,75 milyon ABŞ dolları dəyərində 348 min 531 ədəd elektrik ütü idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 58 %, kəmiyyət olaraq – 47 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 3,68 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % çoxdur) 292 min 814 ədəd (+40 %), Fransadan 2,3 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 35 min 353 ədəd (+3,3 dəfə), İndoneziyadan 313,11 min ABŞ dolları dəyərində (-16 %) 4 min 884 ədəd (-1,1 %), Misirdən 265,31 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 7 min 902 ədəd (+2,5 dəfə), Türkiyədən 124,56 min ABŞ dolları dəyərində (+47 %) 1 min 923 ədəd (-40 %) ütü alıb.
Azərbaycan 1 il 5 aylıq fasilənin ardından Yaponiyadan (0,31 min ABŞ dolları dəyərində 24 ədəd) və 1 il 2 aylıq aradan sonra Honkonqdan (3 min ABŞ dolları dəyərində 210 ədəd) tədarük bərpa edilib.