Azərbaycan 10 ayda Cənub-Şərqi Anadoludan 11 milyon dollarlıq dənli və paxlalı bitki idxal edib

Biznes
  • 20 noyabr, 2023
  • 11:21
Azərbaycan 10 ayda Cənub-Şərqi Anadoludan 11 milyon dollarlıq dənli və paxlalı bitki idxal edib

Bu il yanvar-oktyabr aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 11,2 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 8,2 % çoxdur.

Hesabat dövründə bölgədən ümumilikdə xarici ölkələrə 3 milyard 075,2 milyon ABŞ dollar dəyərində dənli və paxlalı bitki məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 5 % çoxdur.

10 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük dənli və paxlalı bitki məhsulları ixracı Yaxın Şərq ölkələrinə (1 milyard 553,3 milyon ABŞ dolları məbləğində) həyata keçirilib. Bu 1 il əvvələ nisbətən 2,8 % azdır.

Onları Afrika ölkələri (701,7 milyon ABŞ dolları) və Amerika ölkələri (360,9 milyon ABŞ dolları) izləyib. Bunlar isə illik müqayisədə müvafiq olaraq 1,5 % az və 0,3 % çoxdur.