“Azəraqrartikinti” səhmdarlarına dividend ödəyəcək

Biznes
  • 04 oktyabr, 2022
  • 05:12
“Azəraqrartikinti” səhmdarlarına dividend ödəyəcək

Noyabrın 24-də, saat 11:00-da “Azəraqrartikinti” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 93 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin ötənilki fəaliyyətinin yekunlarının müzakirə edilməsi, balansının təsdiq olunması, səhmdarlara veriləcək dividentlərinin məbləğinin müəyyən edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən “Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,218 milyon manatdır. Səhmdar cəmiyyəti bir sıra dövlət sifarişlərində icraçı olub.

44 filmi