ATİB: "Məqsədimiz müştərək müəssisələrin 3-cü ölkələrə ixracına şərait yaratmaqdır"

Biznes
  • 03 avqust, 2023
  • 08:47
ATİB: Məqsədimiz müştərək müəssisələrin 3-cü ölkələrə ixracına şərait yaratmaqdır

Hazırda Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) əsas məqsədi iki ölkənin müştərək sərmayələri ilə yaradılacaq qurumların 3-cü ölkələrə ixracına şərait yaratmaqdır.

Bunu “Report”a müsahibəsində ATİB-in İdarə Heyətinin sədri Cemal Yanqın bildirib.

“2023-cü ildə bu istiqamətdə aparılan işlərin nəticəsini görəcəyik və bu istiqamətdə fəaliyyətimizi daha səmərəli quracağıq”, - deyə o qeyd edib.

Sədr əsas missiyasının Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişafına töhfə vermək olduğunu da diqqətə çatdırıb.

C.Yanqınla müsahibəni buradan oxuya bilərsiniz.