ASK-ın vitse-prezidenti: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 4 dəfə artıb

ASK-ın vitse-prezidenti: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 4 dəfə artıb Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi illik müqayisədə 3,8 dəfə artıb.
Biznes
27 İyun , 2024 22:53
ASK-ın vitse-prezidenti: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 4 dəfə artıb

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi illik müqayisədə 3,8 dəfə artıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov Türk Dövlətləri Təşkilatının Qırğızıstanda keçirilən beynəlxalq biznes forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanda Qırğızıstan kapitallı 74 müəssisədən 23-ü fəaliyyət göstərir.

“Bu, çox kiçik rəqəmdir, onu artırmaq lazımdır”, – V.Zeynalov qeyd edib.

ASK-nın vitse-prezidenti vurğulayıb ki, Azərbaycanın Qırğızıstan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 5,4 milyon dollar, Qırğızıstanın Azərbaycana yatırdığı kapital qoyuluşlarının həcmi isə 5,54 milyon dollardır.

“Turizm sektoruna gəlincə, Azərbaycan Qırğızıstanın İssık-Kuldakı Kara-Oy kəndində 5 ulduzlu hotelin tikintisinə sərmayə qoyur və 10 il müddətinə vergidən azad edilən imtiyazlar verib”.

Qeyd edək ki, Qırğızıstan və Azərbaycan arasında İssık-Kul gölünün sahilində beşulduzlu otelin tikintisi üçün investisiyalar haqqında Hökumətlərarası Saziş 2024-cü ilin yanvarında ratifikasiya edilib.

Razılaşmaya əsasən, Qırğızıstanın Nazirlər Kabineti Azərbaycan hökumətinə ümumi sahəsi 17,24 hektar torpaq sahəsini müvəqqəti istifadə hüququ ilə əvəzsiz olaraq verməyi öhdəsinə götürür. Sözügedən ərazidən tikinti üçün 12,32 hektar, park sahəsinin yaradılması üçün 4,92 hektar, eləcə də çimərlik zonasının yaradılması üçün 1 hektar ona bitişik sahilboyu ərazi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi