"Alibaba" 2 günə 10%-ə yaxın dəyər qazanıb

Biznes
  • 27 noyabr, 2019
  • 12:18
Alibaba 2 günə 10%-ə yaxın dəyər qazanıb

Noyabrın 26-da səhmlərinin növbəti partiyasını Honkonq birjasında kütləvi tədavülə (IPO) buraxmış Çinin e-ticarət nəhəngi "Alibaba" 2 gündə 10%-ə yaxın dəyər qazanıb. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, bu, şirkətin 2019-cu il ərzində həyata keçirdiyi 2-ci IPO-dur. Qiymətli kağızların ilkin satış qiyməti 176 Honkonq dolları (təxminən, 22,5 ABŞ dolları) müəyyən edilib.