ABŞ-ın aparıcı aviaşirkəti 2 min pilotu işdən çıxarır
Biznes
- 25 avqust, 2020
- 09:33
ABŞ-ın aparıcı aviaşirkəti - “Delta” növbəti 6 ayda kommersiya uçuşları ilə bağlı vəziyyətin yaxşılaşması ehtimalının olmadığını nəzərə alaraq, oktyabr ayında 1 941 pilotunu işdən çıxaracaq.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bunlardan 1 806 pilot könüllü təqaüdə yola salınacaq, digərləri isə uçuşların təxirə salınması ilə əlaqədar ixtisar ediləcək.
Bununla belə, “Delta” bəyan edib ki, Hava Yolları Pilotları Birliyi ilə pilotların məvaciblərinin azaldılması razılaşdırılsa, ixtisarlar təxirə salına bilər.
“6 aydır ki, bu böhranın içindəyik və itkilərimizin yalnız 25%-i qarşılanıb. Təəssüf ki, növbəti 6 ayda bu tendensiyanın dəyişməsini gözləmirik”,- şirkətin nümayəndəsi Con Lafter deyib.
Son xəbərlər
06:11
Yəmən separatçıları Səudiyyə Ərəbistanında keçiriləcək sülh konfransında iştirak edəcəklər
Digər ölkələr05:43
Britaniya və Fransa İŞİD-in yeraltı silah anbarlarına hava zərbələri endirib
Digər ölkələr05:16
ABŞ Venesuela və Karib hövzəsi üzərində uçuşları məhdudlaşdırıb
Digər ölkələr04:50
Şimali Koreya Yapon dənizinə doğru ballistik raketlər atıb
Digər ölkələr04:25
BMT Trampın Venesuelanı idarə etmək planlarından dərin narahatdır
Digər ölkələr03:47
Vuçiç Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
Digər ölkələr03:17
İsveçrədə yanğında ölən 40 nəfərdən səkkizinin şəxsiyyəti müəyyənləşib
Digər ölkələr02:45
"Porto"nun baş məşqçisi "Çelsi"yə mümkün transferi haqqında danışıb
Futbol02:15