Ukraynanın kurort şəhərində ilk Avropa Oyunları ilə bağlı aksiya keçirilib

Ukraynanın kurort şəhərində ilk Avropa Oyunları ilə bağlı aksiya keçirilib İlk Avropa Oyunlarının bukletləri ilə bəzədilmiş şarlar göyə buraxılıb
Avropa Oyunları
4 İyun , 2015 17:33
Ukraynanın kurort şəhərində ilk Avropa Oyunları ilə bağlı aksiya keçirilib

Bakı. 4 iyun. REPORT.AZ/ Ukraynanın kurort zonası olan Truskavets şəhərində ilk Avropa Oyunları ilə bağlı bayram aksiyası keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı, "Düşüncə" Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən bayram aksiyasında Truskavetsin mərkəzi meydanında ilk Avropa Oyunlarına aid əyani vəsaitlər paylanılıb. Şəhər meriyası ilə bağlanan müqavilə əsasında meydandakı elektron tabloda ilk Avropa Oyunlarının loqosu yayımlanıb.

Aksiya zamanı Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov və "Düşüncə" Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Emil Hüseynli şəhər sakinlərinə və qonaqlarına ilk Avropa Oyunları haqqında məlumat veriblər.

Aksiyanın sonunda ilk Avropa Oyunlarının bukletləri ilə bəzədilmiş şarlar göyə buraxılıb.

Qeyd edək ki, bundan əvvəl Kiyevin tanınmış “Super Barabanşiçı” (Супер Барабанщицы) ansamblı şəhərin mərkəzi Xrişatik küçəsində I Avropa Oyunlarının loqosu olan bayraqlarla birgə marş keçiriblər. Şəhərin mərkəzində bayram yürüşü zamanı həmçinin paytaxtın sakinlərinə və qonaqlara I Avropa Oyunları ilə bağlı bukletlər, jurnallar paylanılıb, onlara ilk Avropa Oyunları barədə ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi