Yuxarı
    Bağlamaq

    Saymon Kleqq: "Bakı Olimpiya Stadionu bağlanış mərasimi üçün hazırlanmağa başlayıb"

    Dünən 1500-dən çox idmançı və rəsmilər Azərbaycanı tərk edib

    Bakı. 24 iyun. REPORT.AZ/ "Dünən bir sıra məkanlarda maraqlı idman yarışlarının şahidi oldum. İyunun 23-də 12 yarışı 17 716 tamaşaçı izləyib ki, bu, tamaşaçı yerlərinin 84 faizinin tutulması deməkdir". "Report" xəbər verir ki, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq mətbuat konfransında deyib.

    O qeyd edib ki, Oyunlar üçün əlavə 12 min bilet satışa çıxarılmışdı: "Bundan əlavə, 5000 artıq yer ayrıldı. Həmin yerlərin biletləri də tədricən satışa çıxarılır.

    Dünən Avropa Oyunları parkında 3x3 basketbol yarışları başladı. Çimərlik arenasında hazırlıq işləri yekunlaşıb və bu gün çimərlik futbolu başlayacaq. Artıq Olimpiya Stadionu bağlanış mərasimi üçün hazırlanmağa başlayıb".

    S. Kleqq qeyd edib ki, dünən 1500-dən çox idmançı və rəsmilər ölkəni tərk edib.

    "Bu gün 7 idman növü üzrə yarışlar başlayır. 2 idman növü üzrə medallar olacaq. Bunlar üzgüçülk və qılıncoynatma yarışlarıdır. Bugünkü yarışlarda 22 min tamaşaçının iştirakı nəzərdə tutulur. Sabah isə 30 minə yaxın izləyicinin gəlişini gözləyirik. Çünki sabah cüdo yarışları keçiriləcək", - o, qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi