Rusiya yığmasının Avropa Oyunları üçün heyəti ölkə çempionatında müəyyənləşəcək

Rusiya yığmasının Avropa Oyunları üçün heyəti ölkə çempionatında müəyyənləşəcək Dünyanın ən güclü komandasının tərkibi Mahaçqalada müəyyənləşə bilər
Avropa Oyunları
12 Fevral , 2015 10:28
Rusiya yığmasının Avropa Oyunları üçün heyəti ölkə çempionatında müəyyənləşəcək

Bakı. 12 fevral. REPORT.AZ/ Rusiyanın sərbəst güləş üzrə milli komandasının "Bakı 2015" I Avropa Oyunlarında iştirak edəcək heyətini müəyyənləşdirmək üçün ölkə çempionatı keçiriləcək. "Report"un məlumatına görə, Dağıstan Güləş Federasiyası mayın 1-də start götürəcək çempionatın Mahaçqalada təşkili üçün ərizə verib. 

Hələlik yarışın konkret hansı şəhərdə keçiriləcəyi bilinməsə də, tarixində heç bir dəyişiklik edilməyəcək. Çünki bu, Avropa Oyunlarına seçim xarakteri daşıyacaq. Yarış 3 gün davam edəcək.

Qeyd edək ki, Rusiyanın sərbəst güləş yığması dünyada liderdir. 

Son xəbərlər

Orphus sistemi