Paris Olimpiadasının təşkilatçıları Sena çayında baş tutmalı olan açıq suda üzgüçülük məşqini ləğv ediblər.
“Report” xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.
Məşqlərin ləğv edilməsinə səbəb suyun keyfiyyətsizliyi olub.
“Situasiya ilə bağlı gündəlik iclasdan sonra avqustun 6-da keçirilməsi planlaşdırılan tanışlıq sessiyasının ləğv edilməsi qərara alınıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, Sena çayında suyun keyfiyyətsiz olması səbəbindən üzgüçülük məşqlərinin ləğv edilməsinə və kişilər üzrə yarışın startının təxirə salınmasına baxmayaraq, iyulun 31-də Parisdə kişilər və qadınlar arasında triatlon yarışları keçirilib. Suyun çirklənməsinə səbəb kimi yağışlar göstərilib. Təşkilatçılar yalnız çərşənbə günü səhər saatlarında yarışı keçirmək üçün icazə ala biliblər.