“Minsk 2019”un qalibi əsgər salamının sirrini açıqlayıb

“Minsk 2019”un qalibi əsgər salamının sirrini açıqlayıb Qızıl medal qazanaraq, Azərbaycan himnini səsləndirdiyim üçün çox xoşbəxtəm.
Avropa Oyunları
30 İyun , 2019 10:30
“Minsk 2019”un qalibi əsgər salamının sirrini açıqlayıb

"Qızıl medal qazanaraq, Azərbaycan himnini səsləndirdiyim üçün çox xoşbəxtəm".

Bunu “Minsk 2019” II Avropa Oyunlarının qalibi olan Azərbaycan boksçusu Alfonso Dominges “Report”un Belarus paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

81 kq çəki dərəcəsində qızıl medala sahib olan kubalı legionerin fikrincə, 5 görüşünün heç biri asan keçməyib: "Bütün döyüşlərimin ağır keçdiyini düşünürəm. Çünki bu yarış Avropa çempionatı statusunu da daşıyırdı və bütün idmançılar buraya çox hazırlıqlı gəlmişdirlər. Hər döyüşümə sanki medal üçün çıxırdım. Hansısa idmançı çempionluğu ürəkdən istəyirsə, onun üçün hər şey yaxşı olur. Oyunlara məhz belə düşüncə ilə yollandığımdan, qızıl medal qazandım".

Bu çempionluğu uğurlu yolun başlanğıcı hesab edən Dominges daim onu dəstəklədiyi üçün Azərbaycana təşəkkürünü bildirib. O, uğurlarını gələcəkdə də davam etdirmək istədiyini dilə gətirib.

Avropa çempionatı statusu daşıyan boks yarışında iki titula birdən yiyələnən boksçu final qarşılaşmasının ardından verdiyi əsgər salamının da sirrini açıqlayıb. Onun sözlərinə görə, bu, vəzifəsini layiqincə yerinə yetirməsinin göstəricisi olub: "Bəli, hər bir döyüşdən sonra əsgər salamı verirdim. Bu, özüm üçün də mühüm və vacib əhəmiyyət kəsb edirdi. Yəni, vəzifəmi uğurla, düzgün yerinə yetirdim, hər döyüşdən qalib ayrıldım".

Çempion “Minsk 2019”un yüksək səviyyədə keçirildiyini və hansısa çətinliklə qarşılaşmadığını da sözlərinə əlavə edib: "Hər şey yaxşı təşkil olunmuşdu. Hansısa problem olmadı və hər şeydən razı qaldım".

Qeyd edək ki, Alfonso Dominges finalda böyük britaniyalı Bencamin Uittakeri 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Son xəbərlər

Orphus sistemi