Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik "Minsk 2019" II Avropa Oyunlarında medal qazanıb.
"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində yarışan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən (9:4) Kolesnik bürünc medala sahib olub. Daha öncə Mariya Stadnik (50 kq) qızıl medal əldə edib.