"Minsk-2019": Azərbaycanın bir güləşçisi yarımfinala yüksəlib, digəri mübarizəni dayandırıb - YENİLƏNİB

"Minsk-2019": Azərbaycanın bir güləşçisi yarımfinala yüksəlib, digəri mübarizəni dayandırıb - YENİLƏNİB Azərbaycanın iki yunan-Roma güləşçisi Minsk-2019 II Avropa Oyunlarında 1/4 final görüşünü keçirib.
Avropa Oyunları
29 İyun , 2019 14:00
Minsk-2019: Azərbaycanın bir güləşçisi yarımfinala yüksəlib, digəri mübarizəni dayandırıb - YENİLƏNİB

Azərbaycanın iki yunan-Roma güləşçisi "Minsk-2019" II Avropa Oyunlarında 1/4 final görüşünü keçirib.

"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov macarıstanlı Viktor Lorinczi məğlub edərək (3:0) yarımfinala vəsiqəni təmin edib. O, 1/2 finalda xorvatiyalı İvan Hukleklə üz-üzə gələcək. Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Sabah Şəriəti (130 kq) isə Gürcüstan təmsilçisi Yakob Kacaya ilə dueldən məğlub ayrılıb (4:10) və yarımfinala yüksələ bilməyib. Azərbaycan güləşçisi rəqibi finala çıxacağı təqdirdə təsəlliverici görüşə qatıla bilər.

97 kq-da yer alan Orxan Nuriyev 1/8 finalda Avstriya təmsilçisi Daniel Qastlinə uduzub. Qastlin növbəti mərhələdə məğlub olduğu üçün Nuriyev təsəlliverivi görüş şanslarını da itirib.


*** 13:24

Azərbaycanın üç yunan-Roma güləşçisi "Minsk-2019" II Avropa Oyunlarında 1/8 final görüşünü keçirib.

"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov serbiyalı Nikolay Dobrevlə üz-üzə gəlib. Böyük hesablı qələbə (8:0) qazanan Azərbaycan təmsilçisi 1/4 finala yüksəlib. O, bu mərhələdə macarıstanlı Viktor Lurinczlə güləşəcək.

97 kq-da yer alan Orxan Nuriyev isə Avstriya təmsilçisi Daniel Qastlin müqavimətini qıra bilməyib - 2:7.

130 kq-da yarışan Sabah Şəriəti  xorvatiyalı Ante Milkoviçi 3:0 hesabı ilə üstələyə bilib. Onun 1/4 finaldakı rəqibi Gürcüstan təmsilçisi Yakob Kacaya olacaq. 

Son xəbərlər

Orphus sistemi