Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni “Minsk 2019” II Avropa Oyunlarında çıxışını başa vurub.
"Report"un məlumatına görə, şəxsi yarışlarda mübarizə aparan idmançı 1/8 final mərhələsində hollandiyalı Mark Kalyou ilə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin 1:2 (12-21, 21-17, 14-21) hesablı məğlubiyyəti ilə bitib.
O, bu nəticədən sonra II Avropa Oyunları ilə vidalaşıb.
Qeyd edək ki, Ezmi Qovimuramadhoni G qrupunda keçirdiyi üç görüşdən ikisində qələbə qazanmışdı.