"Bakı 2015"in ​məşəli Heydər Əliyev adına İdman Arenasında olub

"Bakı 2015"in ​məşəli Heydər Əliyev adına İdman Arenasında olub Məşəli Mariya Stadnik daşıyıb
Avropa Oyunları
8 İyun , 2015 15:58
Bakı 2015in ​məşəli Heydər Əliyev adına İdman Arenasında olub

Bakı. 8 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının məşəli Heydər Əliyev adına İdman Arenasına gətirilib. "Report"un məlumatına görə, məşəli idman qurğusuna qadın güləşi üzrə dünya və 4 qat Avropa çempionu, eləcə də Olimpiya mükafatçısı Mariya Stadnik gətirib. 

Stadnik məşəllə dövr etdikdən sonra jurnalistlərə qısa açıqlama verib: "I Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir. Hər şey - hisslər, həyəcanlar olimpiadadakı kimidir". 

Ardından məşəl Milli Gimnastika Arenasına aparılıb. 

Qeyd edək ki, I Avropa Oyunları zamanı Heydər Əliyev adına İdman Arenasında cüdo, güləş və sambo yarışları keçiriləcək.

Son xəbərlər

Orphus sistemi