Mariya Stadnik: "Finaldakı görüş psixoloji baxımdan çətin idi"
Avropa Oyunları
- 28 iyun, 2019
- 16:44
"Ən çətin görüşüm final oldu. Çünki rəqibimlə hər gün eyni zalda məşq edirik".
Bu fikirləri "Minsk 2019" II Avropa Oyunlarında qızıl medal qazanan Mariya Stadnik "Report"un Belarusun paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında deyib.
50 kq çəki dərəcəsində qalib olan idmançı ukraynalı rəqibi Oksana Livaçı yaxşı tanıdığını vurğulayıb: "Demək olar ki, məşq etdiyimiz klubda rəfiqəyik. Bu baxımdan onunla finaldakı görüş psixoloji baxımdan çətin idi".
Stadnik "Minsk 2019"un təşkilatçılığı barədə də xoş sözlər söyləyib: "Təşkilatçılıq əladır. Bütün təşkilatçılara minnətdaram. Atletlər Kəndində hər şey var. Eyni sözləri yarış zalları barədə də demək olar. Burada olduğumuz müddətdə heç bir insidentlə rastlaşmamışıq".
Son xəbərlər
03:02
"Reuters": İrandakı müharibə ABŞ-ni Aİ tərəfdaşlarına silah tədarükünü gecikdirməyə məcbur edir
Digər ölkələr02:44
Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib
Region02:22
İsrail ordusu Livanda 10 günlük atəşkəsin başladığını təsdiqləyib
Digər ölkələr01:44
İƏT Livan və İsraili atəşkəs razılaşmasına riayət etməyə çağırıb
Digər ölkələr01:09
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
Futbol00:58
UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub
Futbol00:57
İsrail-Livan danışıqlarında irəliləyiş olsa, atəşkəs uzadıla bilər
Digər ölkələr00:33
Fidan Antalyada Pakistanın Baş naziri ilə görüşüb
Region00:20