II Avropa Oyunları üçün bilet satışının başlanacağı tarix açıqlanıb

II Avropa Oyunları üçün bilet satışının başlanacağı tarix açıqlanıb Azərbaycan vətəndaşları üçün biletlər gələn il martın 1-dən satışda olacaq
Avropa Oyunları
11 İyul , 2018 15:20
II Avropa Oyunları üçün bilet satışının başlanacağı tarix açıqlanıb

Bakı. 11 iyul. REPORT.AZ/ “Minsk 2019” II Avropa Oyunlarına bilet satışına bu il dekabrın 1-də start verilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Oyunların marketinq üzrə meneceri Maksim Koşkalda Belarusun paytaxtı Minskdə iştirakçı ölkələrin nümayəndələrinin qatıldığı seminarda bildirib. Onun sözlərinə görə, Belarus sakinləri biletləri 2019-cu il fevralın 28-dək rəsmi sayt vasitəsi ilə əldə edə bilərlər. Digər ölkələrin vətəndaşları üçün isə biletlər gələn il martın 1-dən satışda olacaq. Həmçinin oyunların startı ərəfəsində biletləri Belarusun müxtəlif şəhərlərində fəaliyyət göstərəcək kassalardan götürmək mümkündür.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə 21 – 30 iyun 2019-cu ildə Belarusun paytaxtı Minskdəki 12 idman obyektində keçiriləcək. Oyunlarda 50 ölkənin 4000-dən çox idmançısı 15 idman növü üzrə 201 dəst medal uğrunda yarışacaq. 10 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Son xəbərlər

Orphus sistemi